Boya sexində YANĞIN 

10:51 07.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 120 m² olan boya sexinin yanar konstruksiyaları 40 m² sahədə və yaxınlıqda bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən ibarət tikilinin xarici divarına vurulan taxta atmalar 30 m² sahədə yanıb.

 

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

 

Sexin, tikilinin qalan hissəsi və yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.